Поиск по сайту
Новости

Главная Новости

Park əməkdaşı əcnəbilərdən utandığına görə...

Опубликовано: 06.11.2018

Day.Az  представляет новость на азербайджанском языке

Yaponiya paytaxtının ən görməli yerlərindən biri olan Şincuku parkının əməkdaşı utandığına görə təqribən 125 min turisti parka ödənişsiz buraxıb.

Day.Az  AZƏRTAC -a istinadən bildirir ki, Yaponiya Ətraf Mühit Nazirliyinin tabeliyində olan park yerli və əcnəbi turistlər arasında populyarlığı ilə seçilir. Xarici dil bilmədiyinə görə utanaraq əcnəbi turistlərdən bilet pulu almayan kişi əməkdaşın təqribən iki il yarım ərzində onlara ödənişsiz bilet verdiyi bildirilir. Buraxılış biletinin 200 yen (təqribən 1,8 dollar) olduğu park bunun nəticəsində 25 milyon yen itirib.

Əcnəbilərdən bilet pulu almayan əməkdaş buna baxmayaraq, onlara QR koda malik biletlər verib. QR kod ziyarətçilərə parka girmək üçün qeydiyyatdan keçmək imkanı yaradır.

Həmin əməkdaşın qeydiyyat və faktiki göstərici arasındakı fərqi itirmək üçün biletlərin qeydiyyatını aparan digər iş yoldaşından onları silməyi xahiş etdiyi güman olunur. Parkın rəhbərliyi hadisə barədə yalnız digər əməkdaşların həmin kişinin özünü şübhəli aparması barədə məlumatından sonra xəbər tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi  Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!

© 2011-2015, Сайт болельщиков футбольного клуба « ПСЖ »
При использовании материалов сайта, обязательна гиперссылка на fc-psg.ru

rss